Əsas Səhifə > Hadisə > Bakıda ev yandı - 1 yaşlı körpə öldü
Bakıda ev yandı - 1 yaşlı körpə öldü11-06-2019, 13:50 |
![]() Bakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb. FHN-dən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb. Məlumata görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb Rubrika.az Geri qayıt |