Əsas Səhifə > Hadisə > Vergilər nazirinin müşaviri: “Gəlir vergisi üzrə güzəştlərin tətbiqi yüksək səmərə verməkdədir”
Vergilər nazirinin müşaviri: “Gəlir vergisi üzrə güzəştlərin tətbiqi yüksək səmərə verməkdədir”12-06-2019, 11:24 |
![]() "Bu ilin ilk 4 ayında sosial sığorta haqları üzrə daxilolmalarda ötən ilin eyni dövrü ilə müqayisədə 17% artım olub". Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Xəqani Abdullayev Bakıda keçirilən “III Milli Mühasiblər Forumu”nda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu sahədə proqnoz 113% icra olunub. “O cümlədən qeyri-büdcə təşkilatlarının sosial sığorta ödəmələri 18% artıb, proqnoz 115% icra olunub. İşsizlikdən sığorta üzrə daxilolmalar isə 65% artıb, qeyri-büdcə təşkilatları üzrə artım tempi 90%-dən çox olub, proqnoz isə 118% icra olunub. Gəlir vergisi üzrə güzəştlərin tətbiqi yüksək səmərə verməkdədir”, - deyə X.Abdullayev əlavə edib. Rubrika.Az Geri qayıt |