Əsas Səhifə > Hadisə > Elman Babayev Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib
Elman Babayev Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib12-06-2019, 16:32 |
![]() Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən azad edilib. Rubrika.az-in “Report”a istinadla məlumatına görə, o, işdən öz istəyi ilə çıxıb. Xatırladaq ki, ötən ayın əvvəlində E.Babayev Komitənin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin inspektoru vəzifəsinə gətirilmişdi. DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov xəbəri "Report"a təsdiqləyib. Qeyd edək ki, E.Babayev 2001-2008-ci illərdə “Kaspi” qəzetində və “Trend” İnformasiya Agentliyində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008-2012-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, 2012-2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini, 2014-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində işləyib. Ölkə prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Rubrika.az Geri qayıt |