Əsas Səhifə > Hadisə > Avropa İttifaqı şirkətləri Azərbaycanda gözlədikləri islahatları açıqlayıblar
Avropa İttifaqı şirkətləri Azərbaycanda gözlədikləri islahatları açıqlayıblar13-06-2019, 10:25 |
![]() Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətləri ölkədə gözlədikləri 5 vacib islahatı açıqlayıblar. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir. Sənədə əsasən, rəyi soruşulan şirkətlərin 17%-i vergi sistemində şəffaflığın artırılmasını, 16%-i gömrük sistemində şəffaflığın artırılmasını, 13%-i təhsil sisteminin onların tələblərinə uyğunlaşdırılmasını, 13%-i hüquq sistemində şəffaflığın təmin edilməsini, 11%-i isə maliyyə sektorunda şəffaflığın və sabitliyin gücləndirilməsini istəyiblər. Rubrika.Az Geri qayıt |