Əsas Səhifə > Mədəniyyət > ARB TV jurnalisti yazdığı statusa görə işdən çıxardı

ARB TV jurnalisti yazdığı statusa görə işdən çıxardı


13-06-2019, 10:45
ARB TV jurnalisti yazdığı statusa görə işdən çıxardı

“ARB Media Qrup” bölgə müxbiri Əlibəy Zeynallını işdən azad edib.

Rubrika.az azpolitika-ya istinadla bildirir ki, telekanalın yaydığı bəyanatda deyilir:

“ARB Media Qrup”un rəhbərliyi ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının Facebook sosial şəbəkəsində yazdığı fikirlərinə təəssüflə yanaşır və bunun həm vətəndaşlıq, həm də professional nöqteyi-nəzərindən yolverilməz olduğunu düşünür. Telekanal tərəfindən adıçəkilən müxbirin işinə xitam verilməsi barədə iş yerinə məlumat göndərilib”.

Qeyd edək ki, jurnalist Əlibəy Zeynallı rusdilli şəxslərlə bağlı Facebook-da aşağıdakı statusu yazmışdı:

ARB TV jurnalisti yazdığı statusa görə işdən çıxardı

Rubrika.az
Geri qayıt