Əsas Səhifə > Hadisə > Səməd Vurğun parkı yaxınlığında kişi bıçaqlanıb

Səməd Vurğun parkı yaxınlığında kişi bıçaqlanıb


17-06-2019, 09:22
Səməd Vurğun parkı yaxınlığında kişi bıçaqlanıb

Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma olub.

"Report" xəbər verir ki, 1976-cı il təvəllüdlü Güləliyev Elman İltifat oğlu Səməd Vurğun parkı ətrafındakı kafelərin birində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnoz qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt