Əsas Səhifə > Səhiyyə > ÜST Ebola ilə mübarizə üçün vəsait axtarır
ÜST Ebola ilə mübarizə üçün vəsait axtarır17-06-2019, 13:41 |
![]() “Konqo Demokratik Respublikasında Ebola qızdırmasına qarşı tədbirlər üçün 50 milyon dollar vəsait lazımdır. Bu vəsait iyul ayının sonunadək tapılmalıdır”. “Report” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib. O, dünya ictimaiyyətini müvafiq ehtiyatları vaxtında ayırmağa çağırıb: “Dünya ictimaiyyətinin bu epidemiyaya son qoymaq üçün maliyyə töhfəsinə ehtiyacımız var. ÜST-nin fevral-iyul ayları üçün cari ehtiyacları 98 milyon dollardan 43,6 milyonu bizə çatıb. Kəsirimiz 54 milyondur. Bütün tərəfdaşlarımızı bu kəsiri ən tez bir zamanda doldurmağa çağırırıq”. Rubrika.az Geri qayıt |