Əsas Səhifə > Hadisə > Həbsdə olan baş redaktorun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Həbsdə olan baş redaktorun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb20-06-2019, 10:50 |
![]() Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” xəbər agentliyinin rəhbəri Mahmud Tağıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmə baxışı iyulun 3-ə təyin edilib. Qeyd edək ki, M.Tağıyev ötən il həbs edilib. İstintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub. Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlü ilə M.Tağıyev 12 il müddətə azadlıqdan məhrum edilib. Rubrika.az Geri qayıt |