Əsas Səhifə > Hadisə > Xəstəxananın həyətində narkotik qəbul edən şəxs öldü
Xəstəxananın həyətində narkotik qəbul edən şəxs öldü20-06-2019, 10:56 |
![]() Gəncə şəhər 3 saylı Xəstəxananın həyətində meyit tapılıb. Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu axşam saatlarında idarə etdiyi “VAZ 2107″ markalı 20 CA 442 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhər 3 saylı Xəstəxananın həyətinə gələrək avtomobilin salonunda mənşəyi məlum olmayan narkotik maddə qəbul edib. Narkotik maddənin dozası yüksək olduğundan T.Teymurov avtomobilin salonunda zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |