Əsas Səhifə > Hadisə > Yasamalda qəza: maşın səkidə dayanan kişiyə çırpıldı

Yasamalda qəza: maşın səkidə dayanan kişiyə çırpıldı


20-06-2019, 16:21
Yasamalda qəza: maşın səkidə dayanan kişiyə çırpıldı

Bakıda yol qəzası baş verib.

Rubrika.az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və BMV markalı avtomobillər toqquşub. Hadisə zamanı nəqliyyat vasitələrindən biri səkidə dayanmış orta yaşlı kişiyə çırpılıb. Nəticədə ağır dərəcəli bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib.

Rubrika.az
Geri qayıt