Əsas Səhifə > İdman > "Qarabağ"ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion bəlli olub

"Qarabağ"ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion bəlli olub


20-06-2019, 17:27
"Qarabağ"ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion bəlli olub

“Qarabağ”ın Çempionlar Liqasının I və II təsnifat mərhələlərində ev oyunlarını keçirəcəyi stadion açıqlanıb.

“Report” klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi rəqiblərini “Dalğa Arena”da qəbul edəcək. Buna səbəb 21 - 27 iyul tarixlərində Avropa Gənclər Yay Olimpiya Festivalının bir neçə yarışının Tofiq Bəhramov adına Respublika stadionuna salınmasıdır.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Albaniyanın “Partizani” komandası ilə qarşılaşacaq. Ağdam təmsilçisi növbəti raunda vəsiqə qazanacağı təqdirdə, “Dandolk” (İrlandiya) / “Riqa” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Rubrika.Az

Geri qayıt