Əsas Səhifə > Hadisə > Gürcüstanda etiraz aksiyalarında 240 nəfər xəsarət alıb

Gürcüstanda etiraz aksiyalarında 240 nəfər xəsarət alıb


21-06-2019, 15:32


Tbilisidə keçirilən etiraz aksiyalarında 240 nəfər xəsarət alıb, onlardan 102-si klinikalara yerləşdirilib

"Report" "1tv"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə nazirinin birinci müavini Zaza Boxua xəsarət alanları ziyarət etmək üçün getdiyi İnqorokva klinikasında bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır, ikisi isə əməliyyat olunur.

Bundan əlavə, parlament binası qarşısındakı etiraz aksiyalarında xəsarət alan iki nəfərin gözü cərrahi müdaxilə ilə götürülüb.
Rubrika.az
Geri qayıt