Əsas Səhifə > Hadisə > Qaxda qəza olub, bir ailənin üç üzvü ağır xəsarət alıb

Qaxda qəza olub, bir ailənin üç üzvü ağır xəsarət alıb


24-06-2019, 08:44
Qaxda qəza olub, bir ailənin üç üzvü ağır xəsarət alıb

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Rubrika.az “Report”a istinadla xəbər verir ki, magistral yolda iki avtomobil toqquşub.

Hadisə zamanı 1972-ci il təvəllüdlü Zamanov Qamboy Elbrus oğlu və övladları – 2009-cu il təvəllüdlü Zamanov Elgün Qamboy oğlu, 2011-ci il təvəllüdlü Zamanov Elbrus Qamboy oğlu ağır xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlara qapalı kəllə-beyin və bədənlərinin müxtəlif nahiyələrinin travması diaqnozu qoyulub. Hər üç şəxs reanimasiyaya yerləşdirilib.

Rubrika.az
Geri qayıt