Əsas Səhifə > Hadisə > Avstraliyalı tələbə Şimali Koreyada həbs edilib
Avstraliyalı tələbə Şimali Koreyada həbs edilib27-06-2019, 10:30 |
|
Şimali Koreyada təhsil alan avstraliyalı tələbə Alek Siqli həbs edilib. Rubrika.Az qaynarinfo-ya istinadla xəbər verir ki, Koreya ədəbiyyatı üzrə "Kim Il-sung" Universitetində magistratura təhsili alan Siqlidən günlərdir xəbər yoxdur və onun saxlanıldığı güman edilir. Məsələ ilə bağlı Avstraliya Xarici işlər və Ticarət nazirliyi məlumat yayıb. 29 yaşlı tələbənin aqibəti barədə informasiya almaq üçün Cənubi Koreya rəsmiləri və Şimali Koreyadakı İsveç səfirliyi ilə təmas qurulub. Rubrika.Az Geri qayıt |