Əsas Səhifə > Din > Güclü külək Bakıda 15 ağacı aşırıb, maşınlar əzilib

Güclü külək Bakıda 15 ağacı aşırıb, maşınlar əzilib


1-07-2019, 10:47
Güclü külək Bakıda 15 ağacı aşırıb, maşınlar əzilib

İki gün ərzində Bakıda əsən güclü külək nəticəsində 15 ağac aşıb.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların aşması nəticəsində üç maşına ziyan dəyib:

“Ağacların aşma halları paxtaxtın Yasamal, Binəqədi, Xətai, Nəsimi, Nərimanov və Səbail rayonlarında daha çox müşahidə olunub”.

O.Məmmədov qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:

“Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.

Rubrika.Az
Geri qayıt