Əsas Səhifə > Hadisə > Xətaidə evdən 4845 manatlıq oğurluq edilib
Xətaidə evdən 4845 manatlıq oğurluq edilib1-07-2019, 16:56 |
![]() Xətai rayonunda evlərdən birindən 245 manat və 4600 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş E.Cabbarovun ətrafında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprelin 11-də rayon ərazisindəki evlərin birindən 245 manat və 4600 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. Rubrika.Az Geri qayıt |