Əsas Səhifə > Hadisə > Hacı Mazan Biləsuvarda ağır qəzaya düşdü, "Range Rover"i aşdı - XƏSTƏXANAYA ÇATDIRILIB
Hacı Mazan Biləsuvarda ağır qəzaya düşdü, "Range Rover"i aşdı - XƏSTƏXANAYA ÇATDIRILIB2-07-2019, 12:06 |
![]() Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |