Əsas Səhifə > Bölgə > Vilayət Eyvazov Gəncəyə gedir — Bu rayonların sakinləri qəbula yazıla bilər

Vilayət Eyvazov Gəncəyə gedir — Bu rayonların sakinləri qəbula yazıla bilər


3-07-2019, 17:45
Vilayət Eyvazov Gəncəyə gedir — Bu rayonların sakinləri qəbula yazıla bilər

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 27-də Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Rubrika.Az
Geri qayıt