Əsas Səhifə > Hadisə > Hacı Mazanın sağlıq durumu nə yerdədir? - AÇIQLAMA

Hacı Mazanın sağlıq durumu nə yerdədir? - AÇIQLAMA


5-07-2019, 10:27
Hacı Mazanın sağlıq durumu nə yerdədir? - AÇIQLAMA

İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalov müalicə aldığı Tibb Universitetinin Tədris-Cərrahiyə Klinikasından başqa xəstəxanaya köçürülüb.

Bu barədə Modern.az-a onu həkimi Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli bildirib.

C.Nəsirli Ramazan Zeynalovun dünən axşam Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürüldüyünü deyib:

“Onun bud-çanağında əməliyyat apardıq, vəziyyəti stabildir. Xəstə anlaqlı vəziyyətdədir, heç bir ağırlaşma yoxdur. Müalicəsi davam etdirilir”.

Rubrika.Az
Geri qayıt