Əsas Səhifə > Təhsil > BDU-da ailə hakimiyyəti qurulur... - GƏLİŞMƏ
BDU-da ailə hakimiyyəti qurulur... - GƏLİŞMƏ5-07-2019, 11:57 |
![]() Xəbər verdiyimiz kimi, ötən ayın əvvəlində Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə 2 yeni müşavirlik yaradılıb və həmin vəzifələrə təyinatlar olub. Bunlar rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri və Ümumi məsələlər üzrə müşaviri vəzifələridir. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib. Rubrika.az-ın demokrat.az-a istinadla əldə etdiyi məlumata görə, keçmiş polis əməkdaşı olan Fikrət Heydərov rektor Elçin Babayevin yeznəsidir. Elçin Babayev daha bir qohumunu - II həyat yoldaşının bacısı Ləman Hüseynbəylini isə özünə köməkçi təyin edib. Məsələ ilə bağlı BDU-nun mətbuat xidməti sözügedən məlumatı nə təkzib, nə də təsdiq etməyib. Rubrika.az Geri qayıt |