Əsas Səhifə > Hadisə > Azərbaycanda mikroavtobus qəzası - Səkkiz nəfər öldü

Azərbaycanda mikroavtobus qəzası - Səkkiz nəfər öldü


9-07-2019, 09:07
Azərbaycanda mikroavtobus qəzası - Səkkiz nəfər öldü

Masallıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.az-ın Oxu.Az-a istinadla məlumatına görə, yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəzada səkkiz nəfər ölüb, bir nəfər qadın isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata görə, mikroavtobusdakı sərnişinlər toya gedirmişlər. Ölənlərdən ikisi qadın, üçü kişi, üçü isə məktəb yaşlı uşaqlar olub.

Yaralı qadının 24 yaşı var. O, hazırda Masallı Mərkəzi Rayon Xəxstəxanasının reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Rubrika.az
Geri qayıt