Əsas Səhifə > Araşdırma > Beynəlxalq sərgidə qalmaqal: Nazir bayrağımızı baş-ayaq qoydu - FOTO
Beynəlxalq sərgidə qalmaqal: Nazir bayrağımızı baş-ayaq qoydu - FOTO9-07-2019, 10:37 |
![]() Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Rubrika.Az dia.az-a istinadla bildirir ki, görüş Yekaterinburqda keçirilən INNOPROM-2019 beynəlxalq sənaye sərgisi çərçivəsində baş tutub. Görüş zamanı Azərbaycan bayrağı ilə bağlı tez-tez təkrarlanan hal baş verib. Nazirin qarşısına qoyulan bayrağımız yenə də baş-ayaq olub və yaşıl rəng yuxarıda olub. ![]() Tədbirdə iştirak edən onlarla şəxs, dövlət rəsmilərinin heç biri bunu görməyib. Nə bilmək olar, bəlkə də görüblər, amma bayraqda rənglərin düzülüş qaydasını bilmirlər. ![]() Nazirin bu diqqətsizliyi sosial şəbəklərdə tənqid edilib və hər zaman edilən taktikadan istifadə olunub. Foto özü baş-ayaq çevlrilərək paylaşılıb: "Nazir tərs dayansa da olar, əsas odur bayrağımız düz dayansın”. Rubrika.az Geri qayıt |