Əsas Səhifə > Hadisə > Tanış olduğu qadını şantaj edən şəxsə hökm oxunub
Tanış olduğu qadını şantaj edən şəxsə hökm oxunub9-07-2019, 16:11 |
![]() Qadını şantaj etməkdə ittiham edilən şəxs hakim qarşısna çıxarılıb. O, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir. Rubrika.Az musavat.com-a istinada xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən D.Gəncəliyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Daşqın Gəncəliyev tanış olduğu qadını şantajda ittiham edilir. İttihama görə, onların arasında münasibət yarandıqdan sonra Daşqın Gəncaliyev həmin qadına hədə-qorxu gələrək, bu barədə ailəsinə məlumat verəcəyini deyərək pul tələb edib. Zərərçəkənin şikayəti əsasında Daşqın Gəncaliyev həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu il pul tələb etmə) maddəsi ilə ittiham verilib. Rubrika.Az Geri qayıt |