Əsas Səhifə > Hadisə > Ermənistanın keçmiş baş prokuroru sorğu-sual olunub
Ermənistanın keçmiş baş prokuroru sorğu-sual olunub10-07-2019, 09:23 |
|
Ermənistanın keçmiş baş prokuroru və İstintaq Komitəsinin sabiq rəhbəri Aqvan Ovsepyan sorğu-sual olunub. Rubrika.az “Report”a istinadla xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb. Bildirilir ki, sabiq baş prokuror 2008-ci ilin 1 mart hadisələri ilə bağlı istintaqa ifadə verib. Ermənistanın Xüsusi İstintaq Xidməti bu iş çərçivəsində dindirilmələrlə bağlı xəbərləri şərh etməkdən imtina edib. İttihamlara görə, 2008-ci il martın 1-də aksiyaçılara qarşı tətbiq edilən zorakılıq əmrini keçmiş prezident Serj Sarqsyanla keçmiş baş prokuror Aqvan Ovsepyan verib. Onların tapşırğını isə Vaaqn Arutyunyan icra edib. Rubrika.az Geri qayıt |