Əsas Səhifə > Hadisə > Ermənilər Tovuzda dinc sakinləri atəşə tutdu
Ermənilər Tovuzda dinc sakinləri atəşə tutdu10-07-2019, 10:23 |
![]() Dinc sakinləri hədəf alıb, cəbhədə vəziyyəti daim gərgin saxlamaq istəyən Ermənistan ordusu yenidən təxribat törədib. Rubrika.az Oxu.Az-a istinadən xəbər verir ki, düşmənin hərbi qüvvələri Tovuzun Əlibəyli kəndində sakinlərə atəş açıblar. Kənd sakini 35 yaşlı Rəşad Əliyev biçin sahəsində traktorla ot toplayan zaman Ermənistan ordusu tərəfindən davamlı atəşə tutulub. Kənd camaatı bildirir ki, son bir həftə ərzində həyətyanı sahələrə də ara-sıra atəş açıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Rubrika.Az Geri qayıt |