Əsas Səhifə > Hadisə > Azərbaycan Fərman Ceyranlı barəsində axtarış elan edib
Azərbaycan Fərman Ceyranlı barəsində axtarış elan edib12-07-2019, 15:31 |
![]() Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib. APA-nın xəbərinə görə, onun barəsində axtarış elan olunması barədə elan DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib. Elanda bildirilir ki, Ceyranlı Fərman Cahan oğlu 1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib. Rubrika.az Geri qayıt |