Əsas Səhifə > Hadisə > Bilgəh çimərliyində iki nəfər boğularaq ölüb
Bilgəh çimərliyində iki nəfər boğularaq ölüb16-07-2019, 11:46 |
![]() Bakıda iki nəfər dənizdə boğulub. “Trend”in məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki çimərlikdə baş verib. Bilgəh qəsəbəsi, 12-ci dalan nömrəsiz evdə yaşayan, 1998-ci il təvəllüdlü Qasımzadə Tağı Natiq oğlu və Nəsimi rayonu, 28 may küçəsi, ev 15, mənzil 11-də yaşayan Rəsulzadə İlham Tofiq oğlu dənizdə çimərkən boğulublar. Xilasedicilərin səyi nəticəsində T.Qasımzadə xilas edilsə də, İ.Rəsulzadənin meyitinin axtarışları davam etdirilir. RubrikaşAz Geri qayıt |