Əsas Səhifə > Hadisə > Bakı metrosunda sevgilisini öldürmək istəyən şəxs hökmdən şikayət verib
Bakı metrosunda sevgilisini öldürmək istəyən şəxs hökmdən şikayət verib16-07-2019, 17:31 |
|
Bakıda sevgilisini bıçaqlayaraq ölümə cəhddə təqsirli bilinən Vahid Abdullayev barəsindəki hökmdən apelyasiya şikayəti verib. Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əflatun Qasımovun icraatında olan iş üzrə ilkin baxış iclası iyulun 19-da keçiriləcək. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V.Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hadisə ötən il sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasının platformasında baş verib. V.Abdullayev 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V.Abdullayev daha sonra saxlanılıb. Məlumata görə, o, E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib. Rubrika.Az Geri qayıt |