Əsas Səhifə > Səhiyyə > Ölkədə 31 min 432 narkoman qeydiyyata alınıb
Ölkədə 31 min 432 narkoman qeydiyyata alınıb18-07-2019, 10:54 |
![]() Ötən ilin sonuna qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 31 432 nəfər qeydiyyatda olub ki, onlardan 26 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Rubrika.Az-in Trend-e istinadla məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 6 ayın yekunlarına dair hesabatında bildirilir. Məlumata görə, qeydiyyata alınanlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21 872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir. 2019-cu ilin 6 ayı ərzində 2557 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 1276 nəfərdə narkotikdən istifadə aşkarlanaraq müvafiq qeydiyyata götürülüb. Rubrika.Az Geri qayıt |