Əsas Səhifə > Dünya > Son dəqiqə: Türkmənistan Prezidenti vəfat etdi
Son dəqiqə: Türkmənistan Prezidenti vəfat etdi21-07-2019, 18:12 |
![]() Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov vəfat edib. Rubrika.Az qafqazinfo-ya istinadla xbər verir ki, bu barədə “Говорит Москва” məlumat yayıb. Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə anadan olub. O, 1995—1997 illərdə Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri vəzifəsində çalışıb. 1997-ci ildə isə ölkənin Səhiyyə və Tibb Sənayesi naziri təyin edilib. 2001-ci ildə isə Nazirlər Komitəsinin sədrinin müavini olub. Türkmənistanın birinci Prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dövlət Şurasının qərarı ilə Prezidentin səlahiyyətlərini icra edib. 11 fevral 2007-ci il tarixində keçirilmiş prezident seçkilərində 89,23 faiz səslə qalib olub. O, 2017-ci ildə keçirilən prezident seçkilərində seçicilərin 97,69 faizinin səsini toplayaraq yenidən prezident seçilib. Rubrika.Az Geri qayıt |