Əsas Səhifə > Mədəniyyət > Mxitar Qoş

Mxitar Qoş


23-07-2019, 12:28
Mxitar Qoş

Təssüflər olsun ki, qədim Albaniya və Qafqaz Albaniyasının tarixi haqqında çox az məlumatımız var. Əldə olan məlumatların bəzisi arxeoloji qazıntılar nəticəsində əldə edilmiş məlumatlardır. Bu məlumatları da maddi mənbələr əsasında öyrənildiyi üçün məntiqi təxəyyülün məhsulu hesab etmək olar. Dəqiq məlumatları yazılı mənbə- lər vasitəsi ilə əldə etmək olar ki, bu da çox azdır.

Qafqaz Albaniyasının VII- X əsrlər dövrü tarixini öyrənmək üçün əsas və yeganə mənbə Moisey Kalankatvasinin (Dasxuransi) “Ağvan tarixi” dir. Sonralar XII- XIII əsrlərdə baş verən hadisələr Kirakos Qandzakesinin(Gəncəli), İbn əl-Əsirin, əl-İsfahaninin və Vardan Arevelsinin tarixi əsərlərində məlumat verilir.

XI- XII əsrin əvvəlləri dövrünün tarixini əks etdirən yerli mənbə (Mxitar Qoş nəzərə alınmazsa) yoxdur. Belə fərz edilirdi ki,həmin dövrün tarixi çoxlu ibrətli hekayə və təmsillərin, habelə məşhur “Qanunnamə”nin müəllifi Mxitar Qoş tərəfindən yazılmalı idi. Deyilənlərə görə, Mxitar Qoş Musa Kalankatlının(Moisey Kalankatvasinin) yazdığı “Alban tarixi”ni davam etdirməyə başlamış, lakin bu işi başa çatdırmamışdır.

Mxitar Qoşun “Alban salnaməsi” Albaniyanın XI- XII əsrlər tarixinə həsr olunmuşdur və iki əsr tarixi haqqında məlumat verir. ”Salnamə” yarımçıq qalsa da, onda top- lanmış material qiymətli qaynaq rolu oynamaqla gələcək tarixçilər üçün maraqlıdır.

Çar Rusiyasının işğalından sonra 1836-cı ildə Alban katalikosluğunun ləğv edilməsi və katalikosluğun bütün kitablarının qarət edilməsi, sonrakı dövrlərdə bizi soykökümüzdən ayırmaq siyasətinin hədəflərindən biri idi. Arxivlərə yerləşdirilən kitablar azərbaycanlı tədqiqatçıların üzünə bağlı idi. Bu vəziyyətdən faydalanan yenə də ermənilər oldu. Erməni tarixçiləri Musa Kalankatlını, Mxitar Qoşu və bəlkə də başqa adını bilmədiyimiz müəllifləri erməni tarixçiləri kimi qələmə verirlər. Onların əsərlərini tədqiq edir, istədikləri kimi artırıb- azaldaraq erməni tarixini genişləndirirlər. Belə “tarixçilərdən” T. İ. Ter-Qriqoryan, K. Şahnazaryan, Q. Əlişan və s. göstərmək olar.

Mxitar Qoşun “Salnamə”sinin naşirləri əlyazmada olmayan “hayos” sözünü (Məs: Armiyanskiy sudebnik Mxitar Qoşa. Yerevan.1954) onun adına əlavə etmiş və beləliklə, Qoşun özünün heç bir zaman yazmadığı yeni qondarma ad: “Datastanagirik hayos”, yəni “Erməni qanunnaməsi” adını uydurmuşlar. Həmçinin mətnin xeyli hissəsi ixtisar edilmişdir.

Mxitar Qoş təxminən 1130-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Onun müəl-

limi vardapet Yovhannes Tavuzski olmuşdur. Mxitar Qoş vardapet olduqdan sonra Kilikiyada təhsil almışdır. Gəncəyə qayıtdıqdan sonra Mxitar öz şöhrəti ilə şagirdlərini ətrafına cəlb etmişdir. Bu şagirdlərdən ikisi- Vardan Aravelsi və Vanakan Vardapet daha çox məşur olmuşlar. Vanakanın şagirdi Kirakos Gəncəki (Qandzakesi) olmudur ki, “ruhani babası” olan Mxitar Qoş haqqında bildiyimiz məlumatın böyük əksəriyyətini o vermişdir. Albaniya katalikosu III Stepannos Mxitar Qoşu sevməyib, onu sıxışdırdığı üçün Mxitar Xaçına gedir və təxminən 1184-cü ildə Getik monastrında sakin olur.

Mxitar zəlzələ nəticəsində monastr dağılana qədər orda qalır. Sonralar Xaçın knyazı Vaxtanqın və onun yaxın adamlarının köməyi ilə Mxitar Qoş Nor Getik monastrının əsasını qoyur və 1213-cü ildə elə oda da ölür.

Mxitar Qoş yazdığı “Salnamə” də Albaniyada 1130- 1162-ci illər ərzində, daha doğrusu, Səlcuqların hakimiyyəti dövründə baş vermiş hadisələrin təsvirini verir.

“Salnamə” yazılan dövrdə Səlcuq Məlikşah Gəncəni Şəddadilərin əlindən alınmışdı.

1139-cu ildə baş verən zəlzələ, əsrin ikinci yarısında baş verən siyasi hadisələr, hakimiyyət dəyişmələri Gəncədə vəziyyəti ağırlaşdırır.

“Salnamə” yarımçıq qalmışdır. Lakin onda verilən azacıq məlumat həmin dövrü öyrənən tədqiqatçıya çox maraqlı material verir.

“Salnamə” 1237 №-li əlyazması ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmişdir.

Mxitar Qoşun “Qanunnamə”sinin taleyi Musa Kalankatlının “Alban tarixi”nin taleyinə bənzəyir. Məlumdur ki, Mxitar Qoşun başlıca əsərinin adı “Dastanagirik”, yəni “Qanunnamə”dir və onu müəllif təxminən 1184- cü ildə tərtib edilmişdir. Qoş bu “Qanunnamə”ni “Alban çarlığı kilsələrinin nəcib rəhbəri” Albaniya katalikosu III Stepan- nosun dəfələrlə etdiyi xahişnə görə yazmışdır. “Qanunnamə”yə heç bir sistem və istiqamət verən xətti olmayan Şərqi Roma imperiyasın qanunları ilə yanaşı Albaniya kilsə qanunları, “Musanın qanunları” və erməni xalq adətləri daxil edilmişdir ki, bu da “Qanunnamə”nin erməni hüquqi sənədlərinə aid olduğunu əsla təsdiq etmir.

Məqaləni hazırladı:
Xətai rayon M. Nəcəfov adına 86 saylı məktəbin tarix müəllimi Şıxalıyeva Samirə

Geri qayıt