Əsas Səhifə > Hadisə > Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib
Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib24-07-2019, 09:59 |
|
Ötən gün (23 iyul) "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin verdiyi məlumatda bildirilir. "Müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb", - deyə məlumatda qeyd olunub. Rubrika.az Geri qayıt |