Əsas Səhifə > İdman > Bakı-2019: Azərbaycan yenə birincidir, Rusiya mövqeyini yaxşılaşdırıb -MEDAL SİYAHISI

Bakı-2019: Azərbaycan yenə birincidir, Rusiya mövqeyini yaxşılaşdırıb -MEDAL SİYAHISI


24-07-2019, 12:01
Bakı-2019: Azərbaycan yenə birincidir, Rusiya mövqeyini yaxşılaşdırıb -MEDAL SİYAHISI

Avropa Gənclər Yay Olimpiya Festivalının 3-cü günü başa çatıb.

Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan millisi günü 6 medalla başa vurub.

Güləşçilərimiz 4 qızıl, 1 gümüş və 1 bürünc əldə ediblər. Bununla da komandamızın hesabındakı medal sayı 16-ya çatıb. Bunun yarısı qızıldır. İdmançılarımız 5 gümüş və 3 bürünc də əldə ediblər.

Azərbaycan medal siyahısında 1-ci yeri qoruyub. Rusiya 2-ci pilləyə yüksəlib. 3-cü sırada isə Belarus qərarlaşıb.

Ümumilikdə, üç gün ərzində 40 dəst medal sahibini tapıb. Bu mükafatları 27 ölkə təmsilçiləri qazanıb. Onlardan 15-i çempionluq sevinci yaşayıb.

Bakı-2019: Azərbaycan yenə birincidir, Rusiya mövqeyini yaxşılaşdırıb -MEDAL SİYAHISI

Rubrika.Az
Geri qayıt