Əsas Səhifə > Hadisə > Gürcüstanda cinayət halları 20%-ə yaxın artıb
Gürcüstanda cinayət halları 20%-ə yaxın artıb24-07-2019, 18:06 |
![]() Bu ilin yanvar-may aylarında Gürcüstanda 28 290 cinayət faktı qeydə alınıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib. Cinayət hallarının yalnız 8 383-nün və ya 29,63%-nin üstü açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət əməllərinin sayı 4 578 hal, yaxud 19,31% artıb. Hesabat dövründə qeydə alınan cinayət hallarının böyük əksəriyyəti əmlaka (11 730), sağlamlığa zərər vurma (5 021), insanlara (1 219), insan haqları və azadlıqlarına qarşı (1 395) törədilmiş qeyri-qanuni əməllərlə bağlı olub. Rubrika.Az Geri qayıt |