Əsas Səhifə > Təhsil > Müəllimlərin işə qəbulu ilə bağlı nazir müavinindən - Açıqlama
Müəllimlərin işə qəbulu ilə bağlı nazir müavinindən - Açıqlama25-07-2019, 12:26 |
|
Bu ilki müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib. Onlardan 18 881 namizəd (46%) uğur qazanaraq növbəti mərhələyə keçib". Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva imtahanların yekunlarına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib. Nazir müavini qeyd edib ki, bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib: "Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər. Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçən ilki nəticələrdən daha yüksək nəticə qazanıblar" Rubrika.Az Geri qayıt |