Əsas Səhifə > İdman > EYOF: Azərbaycan idmançıları növbəti gündə 7 idman növündə çıxış edəcəklər FACEBOOK WHATSAPP
EYOF: Azərbaycan idmançıları növbəti gündə 7 idman növündə çıxış edəcəklər FACEBOOK WHATSAPP26-07-2019, 09:27 |
|
Bu gün Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) növbəti günə start veriləcək. "Report"un məlumatına görə, Azərbaycan idmançıları 6-cı gündə cüdo, üzgüçülük, atletika, idman gimnastikası, basketbol, həndbol və voleybol yarışlarında çıxış edəcəklər. Qeyd edək ki, hazırda Azərbaycan idmançıları 9 qızıl, 6 gümüş, 5 bürünc medalla siyahıda ikinci pillədədir. 18 qızıl, 10 gümüş və 14 bürünc medal əldə edən Rusiya isə birinci yerdə qərarlaşıb. 26 iyul 10:30. Cüdo Oğlanlar 81 kq, 1/16 final Məhərrəm İmamverdiyev - Vlad Topala (Rumıniya) 90 kq, 1/16 final Ruslan Nəsirli - Borislav Vladov (Bolqarıstan) +90 kq, 1/8 final Hüseyn Məmmədov - Daniel Udsilauri (Almaniya) Qızlar 70 kq, 1/8 final Nərmin Əmirli - Yael Van Hemst (Hollandiya) Üzgüçülük 09:00. Qızlar, 50 m, sərbəst üsulla, təsnifat mərhələsi Məryəm Şeyxəlizadəxəngah 09:10. Oğlanlar, 400 m, kompleks, təsnifat mərhələsi Əliyar Cahangirbəyov 10:19. Qızlar, 800 m, təsnifat mərhələsi Aysel Səfərova İdman gimnastikası 14:00. Oğlanlar, ayrı-ayrı hərəkətlər Səməd Məmmədli Atletika 18:10. Qızlar, üçtəkanla tullanma, final Sabrina Jralova 18:45. Oğlanlar, disk atma, təsnifat, B qrupu Yusif Nəzərov 18:50. Oğlanlar, 4x200 m, I mərhələ Aleksey Ələkbərov, Əli Abdıyev, Əlham Nağıyev, Teymur Salahzadə 19:15. Qızlar, 4x200 m, final Fəxriyyə Tağızadə, Bibixanım Qəmbərova, Nika Məmmədova, Lamiyə Vəliyeva 19:45. Oğlanlar, 3000 m, final Tomas Azevedo Basketbol Oğlanlar, 5-8-ci yerlər uğrunda 18:15. Azərbaycan – Yunanıstan Həndbol Oğlanlar, 5-8-ci yerlər uğrunda 20:30. Azərbaycan – İslandiya Qızlar, 5-8-ci yerlər uğrunda 14:30. Azərbaycan – Rumıniya Voleybol Oğlanlar, 5-8-ci yerlər uğrunda 19:00. Azərbaycan – Bolqarıstan Rubrika.az Geri qayıt |