Əsas Səhifə > Hadisə > SON DƏQİQƏ! Bakıda AĞIR QƏZA - Yaralılar var

SON DƏQİQƏ! Bakıda AĞIR QƏZA - Yaralılar var


29-07-2019, 10:35
SON DƏQİQƏ! Bakıda AĞIR QƏZA - Yaralılar var

Bakının Qaradağ rayonunda ağır yol- nəqliyyat hadisəsi baş verib.

Qaradağ rayonu ərazisində, Sahil qəsəbəsinə çatmamış Mikroavtobus yük avtomobili ilə toqquşub.

Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata əsasən, təcili yardıma çağırış saat 07:42 də daxil olub. Hadisə yerinə 6 Təcili Tibbi Yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər KTM-ə çatdırılıb.

Həkimlərin bildirdiyinə görə, yaralılardan 2-sinin vəziyyəti ağır, 4-nün vəziyyəti orta-ağırdır.

Rubrika.Az
Geri qayıt