Əsas Səhifə > Hadisə > Mikroavtobus yük maşını ilə toqquşub – 6 nəfər xəsarət alıb
Mikroavtobus yük maşını ilə toqquşub – 6 nəfər xəsarət alıb29-07-2019, 11:05 |
![]() Bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda, Sahil qəsəbəsi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib. Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, xəsarət almış 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 2 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti orta-ağırdır. Rubrika.Az Geri qayıt |