Əsas Səhifə > Hadisə > Dünya Bankı Bakıdan Astaraya qədər dəmir yolu xəttinin genişləndirilməsini maliyyələşdirməyə razılıq verib - EKSKLÜZİV
Dünya Bankı Bakıdan Astaraya qədər dəmir yolu xəttinin genişləndirilməsini maliyyələşdirməyə razılıq verib - EKSKLÜZİV29-07-2019, 11:17 |
![]() “Dünya Bankı Şimal-Cənub dəmir yolu nəqliyyatı dəhlizinin Bakı şəhərindən Astara rayonuna qədər olan hissəsinin inşasını maliyyələşdirməyə razılıq verib”. Bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. “Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir. Dünya Bankı bu layihənin maliyyələşdirilməsində tək iştirak etmək istəmir və başqa maliyyə institutlarını da cəlb etmək niyyətindədir”, - deyə qeyd edib. Qeyd edək ki, bu layihənin hesabına 243 km-lik dəmir yolu xətti genişləndiriləcək və ikixətli olacaq. Rubrika.az Geri qayıt |