Əsas Səhifə > Hadisə > Bakıda qatar taksi ilə toqquşdu: 4 sərnişin ağır yaralandı - YENİLƏNİB
Bakıda qatar taksi ilə toqquşdu: 4 sərnişin ağır yaralandı - YENİLƏNİB29-07-2019, 16:10 |
![]() Xəzər rayonu Zirə qəsəbəsində (Qala yolu) qatarın taksi ilə toqquşması nəticəsində yaralanan 22 yaşlı qadın və 20 yaşlı kişinin vəziyyəti ağırdır. Rubrika.az virtualaz.org-a istinadla xəbər verir ki, Pərviz Abubəkirov bildirib ki, onlar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. 33 və 38 yaşlı sərnişinlərə isə tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə yoxdur: “Qəzadan sonra bir nəfər maşından düşərək qaçıb, amma sonradan geri qayıdaraq təcili yardım həkiminə müraciət edib. Həmin şəxsə də yardım göstərilib”. * * *13:18 Bu gün Bakıda, Xəzər rayonunun Zirə qəsəbəsində (Qala yolu) qatar taksi ilə toqquşub. Qəza nəticəsində taksidə olan 4 sərnişin yaralanıb. İlkin ehtimala görə, taksi sürücüsü qatarın gəldiyini görməyib. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı təcili yardıma 12:44-də çağırış olub. Hadisə yerinə 5 təcili yardım briqadası cəlb olunub. Yaralıların vəziyyəti ağırdır. RUBRİKA.AZ Geri qayıt |