Əsas Səhifə > Hadisə > Bakıda klinikada ŞOK CİNAYƏT – 3 nəfər tutuldu
Bakıda klinikada ŞOK CİNAYƏT – 3 nəfər tutuldu30-07-2019, 16:49 |
|
Bakıda klinikadan avadanlıqları oğurlamış şəxslər tutulub. Rubrika.az publika.az-a istinadla bildirir ki, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 17-də rayon ərazisindəki klinikaların birindən tibb avadanlıqları, santexnika ləvazimatları, 2 ədəd soyuducu, 10 ədəd radiator, mikroskop, 2 ədəd divan və 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəxslər müəyyənləşib. Bakı şəhər sakinləri Ə.Əkbərov, A.Abduləliyev və S.Yarıyev saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır. Rubrika.Az Geri qayıt |