Əsas Səhifə > İdman > Messini vurmaq istədilər

Messini vurmaq istədilər


30-07-2019, 17:23
Messini vurmaq istədilər

İspaniyanın İbiza istirahət bölgəsində keçirilən konsert zamanı Argentina yığmasının və "Barselona”nın futbolçusu Lionel Messiyə hücum olub.

Rubrika.Az 7News.Az-a istinadla xəbər verir ki, bu, L.Messi həyat yoldaşı Antonello Rokutso ilə birgə olarkən baş verib.

Videoda bir nəfərin futbolçunu təxribata çəkdiyi, onu vurmaq istədiyi görünür. Lakin təhlükəsizlik nümayəndələri buna imkan vermir.


Həmin vaxt L.Messi ilə istirahət edənlər arasında "Barselona”nın futbolçuları – Luis Suares, Xordi Alba və onların sabiq komanda yoldaşı, hazırda "Monako”da çıxış edən Sesk Fabreqas da olub.

Rubrika.az
Geri qayıt