Əsas Səhifə > Dünya > Gürcüstan da Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etmək istəyir

Gürcüstan da Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etmək istəyir


31-07-2019, 10:10
Gürcüstan da Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etmək istəyir

Gürcüstanın Milli Olimpiya Komitəsi 2025-ci ildə XVII Avropa Gənclər Qış Olimpiya Festivalına ev sahibliyi etmək üçün ərizə verib.

Rubrika.az “Report”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib. O, yarışı uğurla təşkil edəcəklərinə əminliyini ifadə edib.

Qeyd edək ki, bu il Avropa Gənclər Qış Olimpiya Festivalı Bosniya və Herseqovinada, Yay Festivalı isə Azərbaycanca keçirilib. 2021-ci ildə Finlandiyanın Vuokatti şəhəri Qış Festivalına ev sahibliyi edəcək. 2023-ci il üçün isə bu hüquq Friuli - Venesiya-Culiyaya (İtaliya) verilib.

Rubrika.az
Geri qayıt