Əsas Səhifə > Hadisə > AZAL-ın təyyarəsinin pəncərəsinin sınması uçuşu 12 saat ləngidib
AZAL-ın təyyarəsinin pəncərəsinin sınması uçuşu 12 saat ləngidib31-07-2019, 12:46 |
![]() "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün saat 13:20-də, “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb. Rubrika.az-ın "Report"a istinadən əldə etdiyi məlumata görə, buna səbəb təyyarənin pəncərəsinin sınması olub. Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a faktı təsdiq edib. Xatırladaq ki, “J2 076” reysi üzrə uçuşlar "Airbus A340-500” markalı təyyarələrilə həyata keçirilir. Rubrika.Az Geri qayıt |