Əsas Səhifə > Hadisə > Soçidə erməniləri kütləvi şəkildə qovmağa başladılar
Soçidə erməniləri kütləvi şəkildə qovmağa başladılar1-08-2019, 15:36 |
![]() Soçi Beynəlxalq Hava Limanında erməni soyadlı əməkdaşları kütləvi şəkildə işdən çıxarırlar. Bu açıqlamanı hava limanının əməkdaşları veriblər. “Biz, “Soçi Beynəlxalq Hava Limanı” ASC-nin kollektivi, kömək üçün sizə müraciət edirik. Müəssisəmizdə ikinci ildir ki, milli əsaslarla kadrların sərt təmizlənməsi həyata keçirilir. Xüsusən də erməni soyadlı işçilər bütün vasitələrlə işdən azad olunurlar”, - deyə erməni saytı news.am həmin açıqlamadan sitat gətirib. Rusarminfo isə xəbər verir ki, ilk "təmizləmə" qurumun nəqliyyat və aviasiya təhlükəsizlik xidmətlərində "qorxutma və məcburetmə üsulları" və ixtisarlardan istifadə edilməklə 2018-ci ildə başlamışdı. Nəticədə erməni soyadı olan 70-dən çox işçi işdən azad edilmişdi. Son “təmizləmə” 100 nəfəri əhatə edəcək. Fəhlə yığıncaqlarda erməni əsilli əməkdaşlara, həmçinin rus soyadı daşıyanlara 1 sentyabr 2019-cu ilə qədər işdən könüllü çıxmaları təklif olunub. İşçilər, Rusiya vətəndaşları və yerli Soçi sakinləri olduqlarını vurğulayaraq xahiş edirlər ki, “Soçi hava limanında ermənilərə qarşı ayrı-seçkilik hallarına son qoyulsun”. Rubrika.Az Geri qayıt |