Əsas Səhifə > Din > Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu yola düşüb
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu yola düşüb2-08-2019, 10:23 |
![]() Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə Səudiyyə Ərəbistanına yola düşüb. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Qeyd olunub ki, ilk qrupa 180 zəvvar daxildir. Digər 180 zəvvardan ibarət qrup isə bu gün günorta saatlarında yola düşəcək. Xatırladaq ki, zəvvarların avqustun 2-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Rubrika.az Geri qayıt |