Əsas Səhifə > Hadisə > “Sədərək”dəki yanğınla bağlı təcili yardıma 16 müraciət olub
“Sədərək”dəki yanğınla bağlı təcili yardıma 16 müraciət olub5-08-2019, 10:57 |
![]() “Sədərək" ticarət mərkəzində dünən baş vermiş yanğın zamanı təcili tibbi yardıma 16 nəfər müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zərərçəkənlərin 6-na yerində yardım edilib, 10 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Bildirilib ki, 10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin, qalanları yanğının söndürülməsində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Rubrika.Az Geri qayıt |