Əsas Səhifə > Hadisə > Nazir müavini: "Sədərək" Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb" - Foto, video

Nazir müavini: "Sədərək" Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb" - Foto, video


5-08-2019, 11:50
Nazir müavini: "Sədərək" Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb" - Foto, video

"Sədərək" Ticarət Mərkəzindəki yanğın artıq 3 saata yaxındır ki, davam edir. Hazırda yanğın tam məhdudlaşdırılıb, yanma təhlükəsi yoxdur".

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib.

Nazir müavini müxtəlif parfümeriya malları, sabunlar, dezadrantlar, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığını nəzərə çatdırıb: "Bu mallar həddindən çox olduğu üçün anbara daxil olmaq qeyri-mümkündür. Biz traktor vasitəsi ilə anbarın divarlarını uçuraraq içəri daxil olmuşuq. Qısa müddətdə yanğın tam söndürüləcək ".

E. Mirzəyev ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşının, 120-dən çox yanğınsöndürənin cəlb olunduğunu nəzərə çatdırıb.

Yanğının səbəblərinə gəlincə, E.Mirzəyev qeyd edib ki, yanğın tam söndürüldükdən sonra araşdırma aparılacaq: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Onu da deyim ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaratdıq. Yanğın söndürüləndən sonra dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək".

***

"Sədərək" Ticarət Mərkəzində yanığının söndürülməsi işləri davam etdirilir.

APA-nın məlumatına görə, Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerinə gəlib.

Nazir müavini yanğınsöndürülmə işlərinin gedişi ilə tanış olub, müvafiq göstərişlər verib.

Qeyd edək ki, bu gün "Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

Rubrika.Az
Geri qayıt