Əsas Səhifə > İdman > “Qarabağ” “Ayaks”la qarşılaşa bilər
“Qarabağ” “Ayaks”la qarşılaşa bilər5-08-2019, 17:23 |
![]() Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib. “Report”un məlumatına görə, püşkə əsasən, Ağdam təmsilçisi III təsnifatda Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibiilə qarşılaşacaq. “Qarabağ” pley-offa yüksələrsə, ilk oyunu evdə keçirəcək. Çempionlar Yolu “Dinamo” (Zaqreb, Xorvatiya) / “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) / “Ferentsvaroş” (Macarıstan) ÇFR (Kluj, Rumıniya) / “Seltik” (Şotlandiya) – “Slaviya” (Praqa, Çexiya) “Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) / “Kopenhagen” APOEL (Kipr) / “Qarabağ” (Azərbaycan) – PAOK (Yunanıstan) / “Ayaks” (Hollandiya) Liqa Yolu “Bazel” (İsveçrə) / LASK (Avstriya) – “Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna) “İstanbul Başakşehir” (Türkiyə) / “Olimpiakos” (Yunanıstan) – “Krasnodar” (Rusiya) / “Portu” (Portuqaliya) Qeyd edək ki, pley-off mərhələsinin matçları 20-21 və 27-28 avqustda keçiriləcək. Rubrika.az Geri qayıt |