Əsas Səhifə > Hadisə > Bakıda ağacın budağı qırılaraq gənc qadının üstünə düşüb, vəziyyəti ağırdır

Bakıda ağacın budağı qırılaraq gənc qadının üstünə düşüb, vəziyyəti ağırdır


5-08-2019, 18:16
Bakıda ağacın budağı qırılaraq gənc qadının üstünə düşüb, vəziyyəti ağırdır

Bakıda güclü külək nəticəsində ağacın budağı qırılaraq 20 yaşlı qadının üstünə düşüb.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda, Filarmoniyanın yaxınlığında qeydə alınıb. Qadın xəsarət alıb.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, xəsarət alan qadının vəziyyəti ağırdır: "Hadisə ilə bağlı çağırış 12.05-də olub. O, Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti orta ağırdır".

Rubrika.az
Geri qayıt